BURADA REKLAMINIZ OLA
BİLƏR

Evə sərxoş gələn kişi keçmiş arvadını döydü

Abşeron Rayon Məhkəməsində keçmiş arvadını döyməkdə təqsirləndirilən Fərrux Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 08 noyabr 2023-cü il tarixdə, gecə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Belə ki, təqsirləndirilən Fərrux Məmmədov həmin gün keçmiş arvadı, zərərçəkmiş Günay Əliyeva (şərti) övladları ilə hələ də birlikdə yaşadığı evə sərxoş vəziyyətdə gəlib. Qadın isə bununla bağlı ona şifahi irad bildirib. Təqsirləndirilən şəxs isə eks arvadına əsəbiləşib. Sonra onların arasında mübahisə yaranıb. Nəticədə kişi qadının üzərinə hücum edərək əli ilə qəsdən Günayın saçından tutub dartıb yerə yıxıb, yumruq zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Hadisədən sonra Fərrux Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov

Tarix: 27 Dekabr 2023, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin