BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araz” marketin satdığı konfetlər yenə xarab çıxdı - FOTO - VİDEO

“Araz” supermarketlər şəbəkəsi vətəndaşa xarab olmuş “Stet” konfetləri satıb.

 

Pravda.az xəbər verir ki, bu barədə şikayət edən vətəndaş görüntüləri sosial şəbəkələrdə paylaşıb.

 

Onun sözlərinə görə, xarab olmuş konfeti “Araz” supermarketlər şəbəkəsinin İnşaatçılardakı A.M.Şərifzadə 128A ünvanında yerləşən filialından alıb:

 

“Vəziyyətə baxın. Yaxşı ki, kiməsə pay verilməyib, qonaq süfrəsinə qoyulmayıb. Bu biabırçılıqdır. Əlaqə nömrələrinə də cavab verən yoxdur. Bu, müştəriyə qarşı hörmətsizlikdir”.

 

Vətəndaşın paylaşımına “Araz” tərəfindən belə şərh yazılıb:

 

“Hörmətli müştərimiz, zəhmət olmasa, qeyd olunan məsələnin tərəfimizdən araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün ismarıc bölməsinə əlaqə nömrənizi qeyd edərdiniz”.

 

Aytəkin Qardaşova

 

Fotoları təqdim edirik
Tarix: 27 Dekabr 2023, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin