BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: "İnsan axirət günü Allah qarşısında öz bədəni, əzaları ilə tam durmalıdır"

“Milli Məclisin deputatının kiminsə öz əzalarını, orqanlarını başqasına satması ilə bağlı məsələni müzakirə obyektinə çevirməsi düzgün və etik deyil. Maraqlıdır, belə çıxır ki, bu məsələ daha vacibdir, nəinki xalqı daha çox maraqlandıran, xalqın rifahını yüksəldən məsələlər. Deputat Razi Nurullayevdən üzr istəyirəm ki, dediklərinə müdaxilə etdim. Hər halda Nurullayev özü də bilir ki, ölkədə bu məsələdən başqa deputatların qarışmalı olduqları daha ciddi problemlər var, onları müzakirə etsələr, daha yaxşı olar. Bu isə Milli Məclisin müzakirə edəcəyi məsələ deyil. Dini məsələləri dinlə əlaqəli, bu sahədə fəaliyyət göstərən insanlar müzakirə etsinlər”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.

 

““Qurani-Kərim”ə görə, insan bu dünyadan köçəndə bütün əzaları üzərində olmalıdır. Əlbəttə, bədbəxt hadisələr, dəhşətli qəzalar nəticəsində insanların əzalarını itirmələri, yaxud şiddətli xəstəlik zamanı ayaqların müəyyən hissəsinin kəsilməsi istisnadır. İnsan axirət günü Allah qarşısında öz bədəni, əzaları ilə tam durmalıdır. Dini nöqteyi-nəzərdən insan bədənindəki hansısa orqanının, məsələn, böyrəyinin və digər orqanlarının yarım hissəsini kiməsə verməyə ixtiyarı yoxdur. İslam dini bunu qəbul etmir, icazə vermir. Dində bu, günah hesab olunur. Düzdür, bunun dini baxımdan cəzasının nə olduğunu yazmırlar, hər halda İslamda normal hesab olunmursa, deməli, müəyyən cəzası da var”, - professor bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 Dekabr 2023, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin