BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda 4 aylıq körpə şrup udub - FOTO

Sumqayıtda 4 aylıq körpə şrup udub.

 

Pravda.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

 

O bildirib ki, yad cism udan körpənin həyatı Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində xilas edilib:

 

"Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb. Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 27 Dekabr 2023, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin