BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əli Kərimli Köçəryan-Sarkisyan cütlüyünü qalib hesab edirsə, unutmasın ki...”

“Əli Kərimli kimi milli kimliyini itirmiş şəxsin əli azərbaycanlıların qanına batmış Sarkisyan və Köçəryanı öyərək, bu cinayətkarlardan heyranlıqla danışması insanda ikrah doğursa da, bizi təəccübləndirmədi. Anlayırıq ki, Kərimlinin etdiyi, sadəcə, məğlubların həmrəyliyidir. Aydındır ki, bu gün Kərimli də, Köçəryan da, Sarkisyan da artıq məğlub kimi tarixin zibilliyindədir. Əli Kərimli Köçəryan-Sarkisyan cütlüyünü qalib hesab edirsə, unutmasın ki, bu cinayətkarlar elə məhz onun özünün təmsil olunduğu iqtidara qalib gəlmişdi və o torpaqlar da elə AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq naminə xəyanəti ucbatından düşmənin əlinə keçmişdi. Yəni indi o hadisələr barədə kimsə danışsa da, bu xəyanətkar anti-milli ünsürlər, onların təmsilçiləri danışmamalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

“Hər kəsə də aydındır ki, Ermənistan 1990-cı illərdə müharibədə yox, döyüşdə qələbə qazanmışdı və Ulu Öndər 1994-cü ildə əks hücumla  proseslərin axarını dəyişib, Füzuli və Cəbrayılın bir sıra ərazilərini, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad etmişdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə isə Azərbaycan prosesə son nöqtəni qoyub, tariximizin ən böyük qələbəsini qazandı. İndi Kərimli kimi məğlubiyyətlərə öyrəşmiş, daim səsi diblərdən gələn psevdo-siyasətçi, təbii ki, bu qələbəni həzm edə bilmir. Amma belə ünsürlərin hansısa bəyanatları tarixi reallığı dəyişə bilməz, sadəcə, bir daha kimin hansı səfdə, kimə xidmət etdiyini göstərir”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Dekabr 2023, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin