BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşının həyətinə qumbara atan şəxs kassasiya şikayəti verdi

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi  Ramin İsakovun şikayətini təmin etməyib.

 

 Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib.

 

Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 28 Dekabr 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin