BURADA REKLAMINIZ OLA
BİLƏR

Aeroportda sərnişinlərdən birinin zarafatına görə fövqəladə vəziyyət siqnalı verildi

Qazaxıstanın Astana Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət siqnalı verilib.

 

Həyəcan təbili çalınan zaman, hava limanında eyni zamanda, sərnişinlərdən şəxsi əşyalarına diqqət etmələrini, uşaq və yeniyetmələri nəzarətsiz qoymamalarını, aviasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrini tələb edən anons səsləndirilib.

 

Fövqəladə vəziyyət təbilinin çalınmasına sərnişinlərdən birinin üzərində silah və külli miqdarda narkotik vasitə olması barədə yalan məlumat verməsi səbəb olub.

 

44 yaşlı kişi yoxlanıldıqdan sonra polisə təhvil verilib.

 

Həyəcan siqnalının ləğv edildiyi bildirilir.

 

APA

Tarix: 28 Dekabr 2023, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin