BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Şuranın üzvü psixatriya xəstəxanasına yerləşdirildi

"Aqil Hümbətov adında bir Milli Şura fəalı 40 gündür məhkəmə qərarı ilə psixiatrik xəstəxanaya yerləşdirilib".


Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

"Qərarın siyasi motivli olub-olmadığı haqda çox danışılır, amma praktiki iş görən yoxdur. Halbuki, Avropa Məhkəməsi Qaydalarının 39`cu maddəsinə əsasən bu şəxslə əlaqədar onun müdafiəçiləri təcili müvəqqəti tədbir tələb edə bilərdi. Avropa Məhkəməsinin bu cür müvəqqəti təcili qərarlar vermək ixtiyarı var və onlar dərhal icra olunmalıdır, çünki belə qərarların səbəbi insanın vəziyyətinə ya da sağlamlığına sonradan düzəldilməsi mümkün olmayan zərər vurulması təhlükəsidir. Bu müdafiə addımlarını da hamıya gərək REAL öyrətsin?" - İ.Məmmədov qeyd edib.

Tarix: 12 May 2020, 21:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin