BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alveri ilə məşğul olan şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsidləndirilən Pəri Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası gələn il yanvarın 11-nə təyin edilib.


Qeyd: P.Abbasova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İdarədə aparılan araşdırma zamanı məlum olub ki, P.Abbasova müxtəlif vaxtlarda qadınları aldadaraq, həmçinin hədə-qorxu gələrək, cinsi istismar məqsədilə ölkədən kənara çıxarıb. Zərərçəkənləri apardığı ölkədə onların pasportlarını əllərindən alaraq, qanunsuz hərəkətlər törədib. Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 29 Dekabr 2023, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin