BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs edilən Kamil Zeynallıdan qızına: “Ata 10 günlük Türkiyəyə gedir...”

Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

 

Pravda.az-ın xəbərinə görə, o xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.

 

Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.

 

İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.

O sosial şəbəkədə yazıb:

 

"Bu sözlər, mənə bu gün, çox pis təsir etdi.

 

Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”.Azxəbər

 

 

Tarix: 12 May 2020, 22:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin