BURADA REKLAMINIZ OLA
BİLƏR

Nişanlanan 12 yaşlı qız danışdı: “Dərsləri də düşünmək olardı, amma mən nişanı seçdim” - VİDEO

“Oğlanı yaxşı biri kimi tanıyıram. Hələ toy planlaşdırmırıq. Beş il sonra olacaq. O vaxta mənim 17, onun isə 37 yaşı olacaq...”

 

Pravda.az xəbər verir ki, bunu Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaşa müsahibəsində məcburi nişanlandığı bildirilən Sabirabad rayonu, Məmişli kənd sakini 12 yaşlı qız deyib.

 

“Hər şey yaxşı olacaq. Çünki Kərimi sevirəm. O oğlanla ailə qurmağa əvvəlcə özümün, sonra atam və anamın istəyi olub. Xoşum gəldi, razılaşdım. Hazırda dərslərimi də yaxşı oxuyuram. Dərsləri də düşünmək olardı, amma mən nişanı seçdim. Orta məktəbi bitirdikdən sonra tibb bacısı ixtisası üzrə təhsil alacağam. Məni seçimdə kimsə məcbur etməyib”, - o bildirib.

 

Aytəkin

Tarix: 29 Dekabr 2023, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin