BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla polkovnik-leytenantı vuraraq öldürən sürücü yenidən məhkəmə qarşısında

İsmayıllı şəhərində ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Arif Mirzəyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlim məlum deyil.

 

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

 

Qeyd: Hadisə ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində qeydə alınıb. Belə ki, A.Mirzəyev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 44 yaşlı hərbçini M.Əhmədovaraq öldürüb.

 

Xatırlatma: 1979-cu il təvəllüdlü M.Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə bir çox medalla təltif olunub.

 

Kamal Məmmədov

Tarix: 30 Dekabr 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin