Qanun və təsdiqlənmiş qaydalara əsasən, uşaqların cərrahi yolla - qeysəriyyə yolu ilə dünyaya gəlməsinə yalnız tibbi göstəriş olduğu halda icazə verilir. Çağdaş dövrdə qeysəriyyə əməliyyatı çox sadə və rahat uşaq dünyaya gətirmə üsulu sayılır. Xüsusən, son illər gənc analar təbii doğuş əvəzinə, qeysəriyyə əməliyyatına üstünlük verirlər. Doğuş sancılarından qorxan bir çox xanımlar üçün bu, ilk ağılagələn seçimdir. Lakin heç bir səbəb, ehtiyac olmadığı halda edilən qeysəriyyə əməliyyatının fəsadları barədə məlumatlarla da zaman-zaman qarşılaşmışıq. Statistikaya görə, qeysəriyyə ilə doğulma 60-80% faiz təşkil edir. Maraqlısı da budur ki, qeysəriyyə kəsiyi ilə doğumların mütləq əksəriyyəti özəl tibb müəssisələrinin payına düşür. Bir çox pediatrların fikrincə, uşaq fizioloji qaydalara uyğun dünyaya gəlmədiyi halda onun sağlamlığında müxtəlif fəsadlar yaranır.
Tanınmış mama-ginekoloq Rəşad Soltan bununla bağlı Pravda.az-ın suallarını cavablandırıb.
O bildirib ki, söhbət iki canlı orqanizm - uşaq və ana üçün yarana biləcək risklərdən gedir: "Qeysəriyyə əməliyyatı ilə doğuş, doğrudan da, uşaq üçün ən risksizdir. Təbii doğuşda isə az da olsa, müəyyən risklər var. Məsələn, uşağın doğuş əsnasında oksigensiz qalma ehtimalı. Buna görə də bəzən sonsuzluq, müalicə sonrası əldə edilən hamiləlik olanda minimal riski də sıfırlamaq üçün qeysəriyyəyə əl atırıq. Tibbi cəhətdən də bu, göstəriş sayılır. Digər hallarda isə göstərişdən kənar qeysəriyyə etmək məsləhət görülmür. Yəni məsələ qeysəriyyəyə göstəriş olmayan hallarda qeysəriyyə edilməsidir. Göstəriş olan hallarda, əlbəttə, qeysəriyyə edilsin. Əks halda, təbii doğuş məsləhət görürük. Çünki qeysəriyyənin ana üçün riskləri təbii doğuşdan daha çoxdur. Qeysəriyyə özündə həm əməliyyatın, həm də doğuşun risklərini daşıyır. Burada infeksiya, orqan zədələnməsi riski də çoxdur. Texniki cəhətdən də ana üçün növbəti qeysəriyyələr daha da çətinləşir, qanaxma riski artır. Milyonlarla insan üzərində aparılan statistik çalışmalar göstərir ki, ümumbəşəri cəhətdən bütün hamilə xanımların təbii doğuş etmələri, qeysəriyyələrin sayını minimallaşdırmaq daha faydalıdır. Sırf "doğum ağrısını, sancını saatlarla çəkmək var", "xəstənin başında saatlarla gözləmək var" deyə fərdi qaydada həkim də, xəstə də, xəstə yaxınları da qeysəriyyəyə meyil edirlər. Buna görə də, nə mənim, nə də sizin tez-tez "təbii doğuş yaxşıdır" deməyimizlə məsələ dəyişməyəcək. Doğuş bir sistem işidir. Buna görə arxasında hər xırda şeydən ötrü həkimin "dar ağacı"na çəkilmədiyi ədalətli hüquq sistemi, media olmalıdır. Hər dəfə doğuşda xırda problem çıxan kimi həkimi ora-bura dartırlar, həkimi günahkar çıxarırlar. Həkim də qorxusundan qeysəriyyəyə qaçır. Bunları da demək lazımdır, amma demirlər. Hər şeyi həkimlərin üstünə atırlar. Bu cür xırda faktorlar var. Doğuş bir az uzun çəkən kimi xəstə yaxınları həkimə zəng edirlər ki, "nə oldu, nə oldu?" Belə halda, əlbəttə, həkim də canını qurtarmaq üçün qeysəriyyə edir. Bir var ki, məsələni 15 dəqiqəyə həll edəsən, bir də var 15 saata. Halbuki növbətçilik sistemi olsa, xəstə yaxını anlasa ki, xəstənin başında onsuz da növbətçi həkim var, ona da güvənmək olar, tələsdirməsə, bu zaman təbii doğuşun statistikası da artar. Beləliklə, lazımsız qeysəriyyələrin sayını azaltmağın yolu ancaq doğuşa sistemli yanaşmadan keçir".
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin