BURADA REKLAMINIZ OLA
BİLƏR

Başqasının evini digərinə satan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Samir Mamedovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Samir Mamedov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. İttihama görə, Samir Mamedov etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə zərərçəkmiş Kərəm Hacıyevə (şərti) digər şəxsə məxsus paytaxtın Nərimanov rayonu ərazisində yerləşən yaşayış evini satacağı barədə yalan vəd verib. O, bu yolla zərərçəkmişin ümumilikdə 20 000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 30 Dekabr 2023, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin