BURADA REKLAMINIZ OLA
BİLƏR

Bidzina İvanişvili siyasətə qayıtdı

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı keçirilib.

 

350 nümayəndənin iştirak etdiyi qurultayda partiyanın siyasi şurasının tərkibi təsdiqlənib. Partiyanın nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Siyasi Şuranın üzvlərinin sayı partiyanın sədri ilə yanaşı, 15 nəfər müəyyənləşib.

 

Bunlar Baş nazir İrakli Qaribaşvili, partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Şalva Papuaşvili, partiyanın parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, daxili işlər naziri Vaxtanq Qomelauri, Acarıstan Muxtar Respublikasının hökumət sədri Tornike Rijvadze, parlamentin birinci vitse-spikeri Gia Volski, vitse-spikerlər Arçil Talakvadze, İrakli Çikovani, Dmitri Samxaradze, Xarici Əlaqələr kommitəsinin sədri Nikoloz Samxaradze, hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvli, iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili, Avropaya İnteqrasiya komitəsinin sədri Maka Boçorişvilidir.

 

Bundan başqa qurultayda partiyanın fəxri sədri vəzifəsi təyin edilib ki, bu vəzifə partiyanın təsisçisi, milyarder iş adamı Bidzina İvanişvliyə verilib. Bununla da İvanişvilinin növbəti dəfə rəsmi şəkildə siyasətə qayıtması təsdiqlənib.

Tarix: 30 Dekabr 2023, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin