Teleaparıcı Rövşanə Ağasəfqızının müsahibəsini təqdim edirik:
- Rövşanə xanım, yaxın günlərdə doğum gününüzü qeyd etdiniz. Karantin rejimində ad günü qeyd etmək necə hissdir?
- Təbii ki, ad günümdə dostlarım iştirak elədi. Dostlarımın çoxu həkimlərdir və onların da "icazə kağızı" var idi. Ad günümü ev şəraitində, az heyətlə qeyd etməyə və karantin qaydalarını pozmamağa çalışdıq. Ad günü qeyd etməyi sevirəm. Uşaq vaxtından həmin gün mənim üçün özəl, fərqli bir gün olub. Daxilim daha işıqlı olur, sanki dünyaya baxışım dəyişir, daha pozitiv oluram. Yaşımın üzərinə yaş gəlməsi məni qorxutmur. Məşhur bir xanımın belə bir sözü var: "Yaş artıqca güzgüyə deyil, övladlarıma baxıram". Bu fikir mənim həyatımda da rol oynayır. Mən də yaş artıqca güzgüyə deyil, böyüyən qızıma baxıram. Və bu, məni fərəhləndirir.
Hər cizginin, hər ilin insan həyatında bir rolu var. Mən yaşını gizlədən qadınlara fərqli baxıram. Səbəbi nədir? Niyə yaşını gizlətməlidirlər?
Əgər düşünürlər ki, qarşı tərəfdən sevgi mesajları alacaqlar, sevgi yanaşmaları olacaq, hesab edirəm ki, bunun yaşa heç bir aidiyyatı yoxdur. Hər yaşın öz gözəlliyi var.
- Qızınızın sizə "Sanki anam soyuducuda oturur, heç dəyişmir" dediyini qeyd etmisiniz. Həqiqətən də sizi illərlə necə görmüşüksə, elə də qalmısınız, imicinizi də dəyişməmisiniz.
- Bəli, doğrudur, amma efirdə bir az yaşımdan böyük görsənirəm. Məni həyatda görənlər deyirlər ki, biz sizə öz yaşınızı verə bilmirik. Hərdən arxiv şəkillərimə baxıram. Təbii ki, illər keçdikcə insanın üzündə dəyişiklik olur, amma məndə ciddi dəyişiklik yoxdur. Əslində, daxilimdə o qədər işıq var ki, ona görə də üzümdəki cizgilər dəyişmir. Həyata baxışım fərqlidir, həyatı çox sevirəm. Başqalarının problemini özümə yansıtmıram. Niyə belə elədi və s. düşünmürəm. Öz hücrəmə qapanıb ailəm və dostlarımla həyatıma davam edirəm. Yaşlanmağı özümə yaxın qoymuram. Bəli, imic dəyişikliyi də yoxdur.
- Daim formanızı da qoruyub saxlamağı bacarırsınız.
- Əslində, qurmanam, yeməyi çox sevirəm. Həyat qısadır. Allahın verdiyi gözəl nemətləri dadmalıyıq. Təbii ki, hər şey çərçivədə. Mən gecə saat 12-də dadlı yemək yeyib və bundan zövq alıramsa, bunu niyə etməyim? Bununla yanaşı qidalanmağıma da fikir verirəm, təbii ərzaqlara üstünlük verirəm. Mən evə şəkər tozu almıram, mürəbbələrdən qaçıram. Meyvə qurusu və çərəzlərdən istifadə edirəm. Yağ ancaq kərə yağı istifadə edirəm, nə zeytun yağı, nə də bitki yağı yox. İllərlə çəkim dəyişməyib, 1 kq fərq ola bilər. Və əti çox sevirəm. Deyirlər ki, ət adamı yaşlandırır, amma mən buradan deyim ki, elə gün olmaz ki, qida rasionumda ət olmasın, bol su içirəm. Hər şey ruha bağlıdır, qadının gözəlliyi, formada qalması. İçim fərahdırsa, gözüm də gülür. İçimdə fəryad varsa, nə etsəm belə, gözəl görünmürəm və həmin gün güzgüyə baxmıram.
- Sizi fərəhləndirən və kədərləndirən nədir?
- Təbii ki, qızımla, anamla, qardaşımla, qardaşımın övladı ilə bağlı xoş xəbər alıramsa, fərəhlənirəm. İçimdə fəryad qoparan isə doğmalarımın sağlamlığı ilə bağlı ola bilər. Mənim üçün sağlamlıq məsələsi birinci yerdə, maddi məsələlər ikinci plandadır. Doğmalarım sağlamdırsa, hər şey gözəldir. Bir balaca kiminsə səhhətində problem olan kimi səhərə qədər yatmıram. Qalan hər şey düzələndir, iş problemi, maddi problem və s.
- Sizin xarici görünüşünüz və xarakteriniz bir-birinə tərsmütanasibdir. Sakit görünürsünüz, amma emosional və çılğınsınız.
- Əslində, bəli, çox emosional, çılğın bir insanam. Hələ yaş artdıqca bir az səbrli olmağa başlamışam. Özümdə sevmədiyim və qəbul etmədiyim xüsusiyyət səbrsiz olmağımdır və bu, mənə çox mane olub. Efir bir az başqa məkandır. Efirdə milyonların qarşısına çıxıram və təbii ki, hər mənada formada olmalıyam. Orada dediyim sözün, düşüncəmin məsuliyyətini daşıyıram. 20 ildən çoxdur ki, gündəmdə olan aparıcıyam. Mən inanmıram ki, Azərbaycanda bir nəfər də olsa, məni tanımasın. Hər zaman da gündəmdəyəm və bu gün veriliş yayımlanır, səhər bütün sosial şəbəkələrdə müzakirə edilirəm. Bu artıq mənim formalaşdırdığım bir obrazdır. Təbii ki, həyatda fərqliyəm, kimisə sorğu-suala çəkmirəm. Efirdə maarifləndirməklə yanaşı informasiya da ötürürük. Həyatda dosta, ailəyə, övlada bağlı bir insanam. Haqlısınız ki, bir az efir obrazım məni fərqli göstərir. Mənim təqdim etdiyim efir obrazı var. Məni sevən də, sevməyən də izləyir. Sevməyən insanlar efirdə istifadə etdiyim elə sözləri sosial şəbəkələrdə müzakirə edirlər ki, düşünürəm, bu adam məni sevməyə-sevməyə niyə izləyir? Deməli, tamaşaçının nəbzinə vura bilirəm. Bu da təcrübədən irəli gəlir.
- Sizin verilişlərinizdə qalmaqallar çox olur. Sözünüzü çəkinmədən deyən aparıcılardan birisiniz. Buna görə hansısa müğənni ilə problem yaşamısınızmı?
- İndiyə qədər şəxsi müstəvidə heç bir müğənni ilə problem yaşamamışam. Heç bir sənət adamı ilə toqquşmam olmayıb. Mən telejurnalistəm və sözümü efirdə deyirəm. Və mənim işim sual verib, cavab almaqdır. Sualım xoşuna gələ də bilər, gəlməyə də, bu artıq onun öz işidir. Bəzi jurnalistlərdən fərqli olaraq mən öz sözümü deyən insanam. Jurnalist neytral olmalıdır, əgər bir məsəldə fikir bildirmək lazımdırsa, neytral olmuram. Mütləq fikrimi tamaşaçıya çatdırıram. Bir neçə dəfə müğənni ilə problem olub, amma cavab verməmişəm. Məndən inciyən, küsən olub, amma zamanla görüblər ki şəxsi müstəvidə heç bir müğənni ilə işim yoxdur. Toy bölüşmürəm, kiminləsə sponsor davası aparmıram. Başımı aşağı salıb, öz peşəmlə məşğulam.
- Sizi nə həmkarlarınızla, nə də müğənnilərlə bir arada görmürük. Bununla yanaşı sosial şəbəkədə də aktiv deyilsiniz.
- Bəli, sosial şəbəkələrdə aktiv deyiləm. Çünki sosial şəbəkələr insanı məhdud çərçivəyə salır. Çalışıram ki, orada çox vaxt getməsin. Gündəmdə olan aparıcıyam və buna ehtiyac yoxdur. Sənət adamları ilə dostluq etmirəm. Mənim dostlarım başqa sahədə çalışırlar. Sənət adamları arasında xoş münasibətdə olduğum insanlar var.
- Sizi həm şou xarakterli, həm də sosial layihələrdə görürük. Özünüzü bir aparıcı kimi hansında daha rahat hesab edirsiniz?
- Sosial layihələrdə daha rahatam. Amma verilişin formatından asılı olmayaraq, hansı verilişdə oluramsa, ona uyğunlaşmağa çalışıram.
- Verilişlərinizdə tez-tez Cəlil Məmmədquluzudənin "Ölülər" əsərindən sitatlar gətirsiniz. Buna səbəb nədir?
- Cəlil Məmmədquluzadə yaradıcılığını çox sevirəm. Bununla yanaşı Mirzə Fətəli Axundovun yaradıcılığını da çox sevirəm. Onların əsərlərini oxuduqca, həyata baxışım dəyişib. Cəlil Məmmədquluzadə ömrünün sonuna qədər cahilliklə savaşıb. Bu gün də bir çox məsələlərin kökündə cahillik, təhsilsizlik durur. Təhsil insanın həyata baxışını tam dəyişir. Mənim də həyat devizim cahilliklə savaşdır. Ona görə də tez-tez sitat gətirirəm.
- Xüsusilə, qadınlarda nəyi dəyişmək istərdiniz?
- Qadınları qadın kimi görmək istəyirəm. Bəzi qadınlar deyirlər ki, kişiləşmişəm. Baxın, qadınların kişiləşməsini istəmirəm. Qadın anadır, onu əziyyət çəkərkən görmək istəmərəm. Amma son vaxtlar bəzi qadınlarımız çox bəsitləşiblər, ancaq xarici görünüş üzərində işləyirlər. Bir az beyinlərini də işlətsinlər. Bəzi qadınlarımızın təfəkkürünü dəyişmək istəyərəm.
- Niyə güclü, karyera quran qadınlar ailə həyatında xoşbəxt ola bilmirlər?
- Karyeranı və ailəni bir arada saxlamaq çətin məsələdir. Bir az burada kişi qısqanclığı da var. Kişilər güclü qadınları qısqanırlar. Qadın ailədə kişidən güclü olanda xoşbəxtlik laxlayır. Bu, təəssüf ki, belədir. Bu o deməK deyil ki, səni evdə ər gözləyirsə, xoşbəxtsən. O qadının evində hansı problemi yaşadığını bilmirsən. Yəni ki, xoşbəxt olmağın ərə heç bir aidiyyatı yoxdur. Əlbəttə ki, bütün xanımaların gözəl ailəsi, övladı olmalıdır. Övladını gözəl ailədə böyütməlidir. Amma yoxdursa, bu, o demək deyil ki, qadın bədbəxtdir. Mütləq onun yanında ər olmalıdır ki, xoşbəxt olsun. Bu yanlış fikirdir, bu düşüncəni qadınlarımızın təfəkküründən silmək lazımdır. Bunu beyindən təmizləmək lazımdır ki, mütləq səni evdə ər gözləməlidir. Kənar qohum-qonşu deyəcək ki, bu qadın ailəlidir, xoşbəxtdir. Xoşbəxtlik o deyil. Xoşbəxtlik an məsəlisidir, nisbidir. Göz yaşı içində o qədər qadın tanıyıram ki, həyat yoldaşından ayrılmaq istəyir, amma ayrıla bilmir. Adı odur ki, ailəli qadındır. Xoşbəxtliyə bir pəncərədən, baxış bucağından baxmaq olmaz. Hər kəs xoşbəxtliyini bir yaşam tərzində görür.
- Karyera da bir yerə qədərdir. Bəs, sizi təklik qorxutmur?
- Təklik və tənhalıq tamam fərqli həyat tərzidir. Ər insanın sona qədər yanında qalırmı? Qadınlar da xaraktercə fərqlidir, güclü və zəif qadınlar. Mənə elə gəlir ki, güclü qadınlar heç vaxt təklikdən qorxmurlar.
- Daim güclü qalmaq mümkündür?
- Bu da xarakterlə bağlı məsələdir. Əgər daxilən güclüsənsə, ayaqüstə qala biləcəksən. Bəzi cəngəllik qanunları var, həyat zəifləri sevmir. Güclü olmaq lazımdır, zəif olmaq olmaz. Bu məsələyə qalmaqallı yanaşıla bilər, amma zəif olmaq olmaz. Heç vaxt təklik hissini yaşamamışam. Ona görə də deyə bilmərəm ki, təklik kimisə qorxudur, ya yox. Çünki mən tək deyiləm. Özümdə bu şeyi yaşamadığım üçün başqa qadınların adından nə isə söyləmək çətindi.
- Qadın kimi xoşbəxtsiniz?
- Çox...Ümumiyyətlə, mən xoşbəxtliyi tapan insanam. Xırda bir şeydən də, adi bir telefon zəngindən də xoşbəxt ola bilirəm. Çox xoşbəxtəm, gözəl işim, gözəl karyeram var.
- Həyatla məsafəli davranırsınız?
- Həyatla məsafəli olmaq lazımdır, isan sərrafıyam. İnsanları seçə bilirəm. Seçdiyim dostlarımın içində yalnız iki nəfər nankor çıxıb. Amma qazandığım dostlarım çoxdur. Özümə cızdığım qırmızı xətt var, daim onu keçməməyə çalışıram. Hər bir insanın özünün sərhəddinin olmasının tərəfindəyəm. Azadlıq özbaşınalıq deyil. Hardasa "stop" deyəcəyin yer olmalıdır. Bu, yoxdursa, ağıl kəmliyi, zəka zəifliyi başlayır. Həyatla, insanlarla məsafəm var. Baxır kimi hara qədər yaxınıma buraxıram.
- Gözəl xanım və sevgi etirafları...
- Təbii ki, niyə də olmasın...Gözəl və cazibədar qadına hər zaman sevgi etirafı çox olur. Amma hər edilən sevgi etirafı ciddi, insanı özündən alan sevgi deyil. Çünki efir adamıyam və daim gündəmdə olan aparıcıyam, yaraşıqlı və enerjili xanımam. Və buna görə də sevgi etirafı edilməsi normaldır. Sevgi etirafı olunmadığı təqdirdə, artıq şübhə doğura bilər ki, nədən yoxdur? Bu etiraf fanat sevgisidir, bunu çox ciddiyə almıram və hər kəsin sevgisinə hörmətlə yanaşıram. Təbii ki, bu normaldır və bu gün də var. Hərdən sosial şəbəkələrdə xanımlardan qısqanclıq görürəm. Keçən dəfə İnstaqramda yaşımla bağlı xəbərə yazıblar ki, 55-60 yaşında qadına oxşayır. Bütün kişilər yazırlar ki, çox gözəl qadındır. Xanımlar isə kişilərə cavab olaraq "nəyi gözəldir, 60 yaşında qadına oxşayır" deyə münasibət bildirirlər. Əslində, mənə elə deməklərinə sevinirəm. Əgər mənə qadınlar 60 yaşında deyirlərsə, bu, qısqanclığın göstəricisidir. Fikirləşdim ki, bir az da öz üzərimdə işləməli və daha cavan görünməliyəm. Qadınlar qısqanırsa, bu o deməkdir ki, nə isə var.
- Qızınızın gələcəkdə aparıcı olmasını istəyərsiniz?
- Qızımın istəyinə qarışmıram. Həkim olmasını çox istəyirdim. Amma artıq universitetə hazırlaşan məqamda fikrini dəyişdi və dedi ki, mən həkim olmayacam. Ona görə onun fikirlərinə demokratik yanaşıram. Hansı sahəni seçir, seçsin, orada uğurlu olsun. Qızımı incəsənət sahəsində görmürəm, orada görsəydim təbii ki, dəstək olardım. Ana olaraq qızımın Tibb Universitetində təhsil almasını arzu edirdim. Çünki babam həkim olub və istəyərdim ki, ailəmizdə həkim olsun. Amma qızımın peşə seçimi öz ixtiyarındadır. 9-cu sinifdə oxuyur.
- Müsahibənizin birində 45 yaşınızda millət vəkilliyinə namizədliyinizi verəcəyinizi qeyd etmisiniz.
- Bu şansa bağlıdır və bəlkə də beş il sonra millət vəkilliyinə namizədliyimi verəcəm. Mən öz ağlıma, düşüncəmə və savadıma güvənirəm. Düşünürəm, bu addımı atacam, ya yox, hələ qərar verməmişəm. Bu sadəcə mənim düşüncəmdədir. Və inşallah, o vaxta qədər düşüncəmi dəyişməsəm millət vəkilliyinə namizədliyimi verəcəm.
- Yaxın günlərdə mərhum xalq artisti İlhamə Quliyevaya veriliş həsr etdiniz. Ölümündən əvvəl sizin verilişlərinizdə dəfələrlə qonaq olub. Ümumiyyətlə, onunla nə zamansa qalmaqal yaşamısızmı?
- İlhamə Quliyeva ilə heç vaxt qalmaqalım olmayıb, çox gözəl münasibətimiz var idi. Verilişimizdə qalmaqalları olub. İnanın ki, toyumda iki saat ayaqüstə canlı ifa edib. Onu çox istəmişəm. Təəssüf edirəm ki, bu sənətkar dünyadan bir az urvatsız getdi. Heyf... Ona səbəb isə yaşadığı qalmaqallar, dediyi sözlər və s. oldu. Bir az öncə dediyim kimi, hər kəsin qırmızı xətti olmalıdır. Təəssüf edirəm ki, bəzən İlhamə Quliyeva o qırmızı xətti keçirdi. O böyüklükdə sənətkar hər şeyə baş qoşdu. Özündən səviyyəcə çox aşağı müğənnilərlə qalmaqala getdi. Hər kəsin işinə qarışdı və sonda belə bir sənətkar özünün dünyadan urvatsız getməsinə səbəb oldu. 40 mərasimi çıxmadan mal-mülk davası oldu. Əgər kənara çəkilib, xanım-xatun qalsaydı, hərdən hansısa məsələyə münasibət bildirsəydi, daha yaxşı olardı. Uşaq-muşaqla, onun sənətinin yanından yel olub keçə bilməyənlərlə məclislərdə süfrə başında oturmasını o sənətkara yaraşdırmırdım. Amma yenə də hər şey unudulub gedəcək, sənət qalacaq.
- Daim illərlə rəqabətdə olan xalq artisti Flora Kərimova ilə İlhamə Quliyevanı necə müqayisə edərdiniz?
- İlhamə Quliyeva və Flora Kərimova haqqında veriliş hazırlamışam və hər ikisini gözəl tanıyıram. Hər ikisi ilə gözəl dost münasibətim var idi. Qırmızı xətt məsələsində Flora Kərimova daha ehtiyatlı davranan, sözünün çəkisini bilən və harda nəyi, necə deməy, savadlı təqdim etməyi bacaran xanımdır. İlhamə xanım qırmızı xətti keçirdi.
- İlhamə Quliyevanın, yoxsa Flora Kərimovanın mahnılarını dinləyirsiniz?
- Hər iki sənətkarın sevirəm, əsərləri danılmazdır. Hər ikisi musiqi tarximizin qızıl imzalarıdır.
- Müğənnilərin qeyri-səmimi olduğunu demisiniz. Səbəb nədir?
- Bu, hamısına aid deyil. Xoş münasibətdə olduğum müğənnilər var.Sadəcə məni incidən məqamlar var. Əsas da müğənnilərin savadsızlığıdır. Yenə də burada bir məqam var ki, yaxşı muğam ifaçısından alimlik tələb etməyəcəm. Amma bəzilərinin orta səviyyədə savadı yoxdur, heç dünyadan belə xəbərləri yoxdur. Bu dəhşətdir, acınacaqlıdır. Mən efir adamıyam və dəfələrlə şahidi olmuşam, baxırsan ki, gözəl sənətkardır, amma beşinci sinif səviyyəsində sual verirsən, cavab verməkdə çətinlik çəkir. Bu bir az məni incidir. Bir az kitab vərəqləsələr, pis olmaz. Savadlı müğənnilərimiz də var. Məsələn, Vasif Məhhərəmli, Ədalət Şükürovla söhbət etmək xoşuma gəlir. Faiq Ağayevi çox bəyənirəm, o, bir dəryadır. Xumar Qədimova ədəbiyyatı, poeziyanı bilir.
- Bəs, savadsız müğənnilərin adını çəkə bilərsiniz?
- Əksəriyyətində bu problem var. Birinin adını çəkərəm, sonra başqası inciyər (gülümsəyir).
16 Sentyabr 13:37
16 Sentyabr 13:31
16 Sentyabr 13:29
16 Sentyabr 13:24
16 Sentyabr 13:12
16 Sentyabr 13:08
16 Sentyabr 13:01
16 Sentyabr 12:49
16 Sentyabr 12:45
16 Sentyabr 12:40
16 Sentyabr 12:34
16 Sentyabr 12:26
16 Sentyabr 12:24
16 Sentyabr 12:13
16 Sentyabr 12:11
16 Sentyabr 12:08
16 Sentyabr 11:54
16 Sentyabr 11:44
16 Sentyabr 11:39
16 Sentyabr 11:35
16 Sentyabr 11:30
16 Sentyabr 11:25
16 Sentyabr 11:22
16 Sentyabr 11:20
16 Sentyabr 11:16
16 Sentyabr 11:09
16 Sentyabr 11:05
16 Sentyabr 11:04
16 Sentyabr 11:02
16 Sentyabr 11:00
16 Sentyabr 10:56
16 Sentyabr 10:53
16 Sentyabr 10:50
16 Sentyabr 10:50
16 Sentyabr 10:46
16 Sentyabr 10:28
16 Sentyabr 10:25
16 Sentyabr 10:20
16 Sentyabr 09:31
16 Sentyabr 09:21
16 Sentyabr 09:11
16 Sentyabr 09:04
16 Sentyabr 08:57
16 Sentyabr 08:32
16 Sentyabr 08:28
16 Sentyabr 08:24
16 Sentyabr 08:20
16 Sentyabr 08:16
16 Sentyabr 08:14
16 Sentyabr 08:12
16 Sentyabr 08:08
16 Sentyabr 08:04
16 Sentyabr 06:36
16 Sentyabr 06:33
16 Sentyabr 06:28
16 Sentyabr 01:34
16 Sentyabr 01:32
15 Sentyabr 21:53
15 Sentyabr 21:26
15 Sentyabr 20:47
15 Sentyabr 19:02
15 Sentyabr 18:54
15 Sentyabr 18:31
15 Sentyabr 18:29
15 Sentyabr 18:27
15 Sentyabr 18:23
15 Sentyabr 18:21
15 Sentyabr 18:17
15 Sentyabr 18:12
15 Sentyabr 18:06
15 Sentyabr 18:05
15 Sentyabr 18:01
15 Sentyabr 17:59
15 Sentyabr 17:55
15 Sentyabr 17:53
15 Sentyabr 17:47
15 Sentyabr 17:39
15 Sentyabr 17:36
15 Sentyabr 17:34
15 Sentyabr 17:29
15 Sentyabr 17:16
15 Sentyabr 17:10
15 Sentyabr 17:09
15 Sentyabr 17:08
15 Sentyabr 17:07
15 Sentyabr 17:01
15 Sentyabr 17:00
15 Sentyabr 16:59
15 Sentyabr 16:59
15 Sentyabr 16:52
15 Sentyabr 16:51
15 Sentyabr 16:49
15 Sentyabr 16:48
15 Sentyabr 16:47
15 Sentyabr 16:45
15 Sentyabr 16:44
15 Sentyabr 16:44
15 Sentyabr 16:42
15 Sentyabr 16:41
15 Sentyabr 16:41
15 Sentyabr 16:39
15 Sentyabr 16:38
15 Sentyabr 16:37
15 Sentyabr 16:36
15 Sentyabr 16:35
15 Sentyabr 16:34
15 Sentyabr 16:32
15 Sentyabr 16:30
15 Sentyabr 16:15
15 Sentyabr 16:04
15 Sentyabr 15:57
15 Sentyabr 15:48
15 Sentyabr 15:44
15 Sentyabr 15:43
15 Sentyabr 15:37
15 Sentyabr 15:35
15 Sentyabr 15:15
15 Sentyabr 15:12
15 Sentyabr 15:09
15 Sentyabr 15:08
15 Sentyabr 15:05
15 Sentyabr 14:59
15 Sentyabr 14:55
15 Sentyabr 14:49
15 Sentyabr 14:45
15 Sentyabr 14:41
15 Sentyabr 14:35
15 Sentyabr 14:32
15 Sentyabr 14:30
15 Sentyabr 14:28
15 Sentyabr 14:18
15 Sentyabr 14:13
15 Sentyabr 14:11
15 Sentyabr 14:09
15 Sentyabr 14:08
15 Sentyabr 13:54
15 Sentyabr 13:16
15 Sentyabr 13:13
15 Sentyabr 13:01
15 Sentyabr 12:59
15 Sentyabr 12:30
15 Sentyabr 12:27
15 Sentyabr 12:25
15 Sentyabr 12:24
15 Sentyabr 12:14
15 Sentyabr 11:58
15 Sentyabr 11:46
15 Sentyabr 11:34
15 Sentyabr 11:19
15 Sentyabr 11:06
Ən son xəbərləri səhifəmizdən də izləyin