BURADA REKLAMINIZ OLA
BİLƏR

Dilan Polat psixiatriya xəstəxanasına aparıldı

Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Türkiyənin sosial media fenomeni Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirilib.

 

2019-cu ildən antidepresan dərman istifadə edən Dilan Polatın dərmanları bitdiyi üçün xəstəxanaya göndərildiyi bildirilir. Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.

 

Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub. Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar. Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb./Qaynarinfo

Tarix: 31 Dekabr 2023, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin