BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaponiyanı sunami vurdu - YENİLƏNDİ - 4 - VİDEO

Yaponiyada 7,6 maqnitudalı zəlzələ nəticəsində İsikava əyalətində 100-dən çox binaya zərər dəyib, bəziləri dağılıb.


Bu barədə NHK telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.


İsikava əyalətinin qonşuluğundakı Toyana əyalətində də dağıntılar var.


Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimas Xayasi minimum 6 evin dağıldığını, dağıntılar altında insanların qalmasının istisna edilmədiyini bildirib.

***

 

14:44

 

Yaponiyanın qərb sahillərini sunami vurub.

 

Bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.

 

Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.

 

Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

 

***

 

11:56

 

Yaponiyanın mərkəzində güclü zəlzələlər olub.

 

Gücü 7,4 maqnitudaya çatan zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.

 

Hələ ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ancaq ölkənin qərb sahillərində hündürlüyü 5 metrə çatacaq sunami təhlükəsi elan olunub. Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.

 

İndiyə qədər 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.

 

APA

 

***

 

11:51

 

Yaponiyada sunami təhlükəsi elan edilib.

 

Meteoroloqlar ölkənin qərb sahillərində sunaminin hündürlüyünün 5 metrə çatacağını bildiriblər.

 

Əhali təcili olaraq sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.

 

APA

 

Tarix: 1 Yanvar 2024, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin