BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.

 

Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.

Tarix: 13 May 2020, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin