BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT! Dollar bahalaşdı

Yanvarın 3-də Moskva birjasında keçirilən hərracların ilk dəqiqələrində dolların məzənnəsi 2023-cü il dekabrın 28-dən bəri ilk dəfə olaraq 91 rubla qalxsa da, sonra 90,73 səviyyəsində sabitləşib.

 

Bu barədə RİA Novosti məlumat yayıb.

 

“Ticarətin əvvəlində rublun məzənnəsi dollar, yuana və avroya nisbətdə azalır: Amerika valyutasının məzənnəsi hazırda 90,73 rubla, Çin valyutası 12,68 rubla, Avropa valyutası isə 99,87 rubla qədər yüksəlir”, – nəşr yazır.

 

Dekabrın 29-da Mərkəzi Bank 31 dekabr – 9 yanvar tarixinə dolların rəsmi məzənnəsini 89,6883 rubla endirib. Avronun rəsmi məzənnəsi 1,36 rubl azalaraq 99,1919 rubl olub.

 

Qeyd edək ki, valyuta məzənnələri tənzimləyicinin saytında dərc olunur.Oxu24.com

Tarix: 3 Yanvar 2024, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin