BURADA REKLAMINIZ OLA
BİLƏR

İŞİD İrandakı partlayışı öz üzərinə götürüb

İŞİD İranın Kirman şəhərində törədilən partlayışlara görə, məsuliyyəti öz üzərinə götürüb.

 

Terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiyini açıqlayıb.

 

Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

 

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.

Tarix: 4 Yanvar 2024, 20:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin