BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Əsədov: “İslahatların dərinləşməsini parlamentin yeniləşməsini zəruri edib”

“Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu spiker Oqtay Əsədov parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında prezidentə müraciət edilməsi barədə keçirilən plenar iclasda çıxışı zamanı deyib.

 

O.Əsədov qeyd edib ki, həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib.

Tarix: 2 Dekabr 2019, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin