BURADA REKLAMINIZ OLA
BİLƏR

Tornado güclü dağıntılara səbəb olub - VİDEO

Belçikanın Antverpen və Mexelen şəhərləri arasında 40-dan çox ev qasırğa nəticəsində zədələnib, onlardan ikisi yaşayış üçün yararsız elan edilib.

 

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

 

Yerli polisin məlumatına görə, qasırğa 4 km ərazidə evlərin damlarını qoparıb, həmçinin Antverpen şəhərinin Onze-Live-Frou-Vaver bölgəsində böyük qış bağını dağıdıb. Tornado həmçinin bir neçə tövləni dağıdıb və yerli qəbiristanlığa ziyan vurub.

 

Qeyd edək ki, yanvarın əvvəlində tornado Sint-Kateliyne-Vaver və Putte bələdiyyələrindən keçib. Belçikanın əksər hissəsində bu günlərdə pis hava hökm sürüb: leysan yağışlar yağıb və güclü külək əsib. Təcili yardım xidmətləri artıq əksər yerlərdə binaların təhlükəsizliyini təmin edib və sakinlər evlərinə qayıdıb.

 

Tarix: 6 Yanvar 2024, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin