BURADA REKLAMINIZ OLA
BİLƏR

Jozep Borrell Livana səfərinin məqsədini açıqladı

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Qəzzadakı müharibənin Livan və bölgəyə təsiri ilə bağlı Beyrutda əhəmiyyətli görüşlər keçirəcəyini açıqlayıb.

 

Bu barədə o, "X" hesabında yazıb.

 

"Bu çətin anlarda dəstək göstərmək üçün Livana qayıtmaqdan şadam. Qəzza müharibəsinin Livan və bölgəyə təsiri ilə bağlı əhəmiyyətli görüşlər olacaq", - diplomat bildirib.

 

J.Borrell əsas məqəsdin regional gərginliyin qarşısını almaq olduğunu qeyd edib:

 

"Prioritet regional gərginliyin qarşısını almaq, həmçinin İsrail, Fələstin və regionda ədalətli və dayanıqlı sülhə nail olmaq üçün şərait yaratmaq məqsədilə diplomatik səyləri inkişaf etdirməkdir".

 

Report

Tarix: 6 Yanvar 2024, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin