BURADA REKLAMINIZ OLA
BİLƏR

Qayıq batıb, ölənlər var

Fici arxipelaqı sahillərində qayıq qəzaya uğrayıb.

 

Bu barədə "Radio New Zealand" məlumat yayıb.

 

Hadisə nəticəsində 3 nəfər ölüb.

 

Məlumata görə, göyərtəsində 16 sərnişinin olduğu qayıq paytaxt Suvadan 300 km şərqdə yerləşən Tuvuka adasının sahillərində çevrilib. Ada dövlətinin polisinin qeyd edib ki, batmış qayığın 12 sərnişini xilas edilib, daha 3 nəfərin meyiti sonra tapılıb, 12 yaşlı qız isə itkin düşənlər siyahısındadır.

 

Polis qəzadan dərhal sonra uşağın axtarışlarına başlayıb.

 

APA

Tarix: 7 Yanvar 2024, 07:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin