BURADA REKLAMINIZ OLA
BİLƏR

Stomatoloqu öldürmək istəyən şəxsə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində stomatoloqu bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Nihad Malıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

 

Qeyd: Hadisə 2023-cü il iyunun 9-da Lənkəran rayonu ərazisində qeydə alınıb. Belə ki, Nihat Malıyevin atası Cəlal Azadovun qardaşının çayxanasında xidmətçi işləyib, nöqsanlara görə işdən çıxarılıb. Mühabisə də bu məsələyə görə olub. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlal Azadova 10-dan çox zərbə vurub. Hadisə zamanı Cəlal Azadov idarəetməni itirərək qəza törədib. Cəlal Azadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin