BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 4 şirkətə qarşı dələduzluq edən şəxs apellyasiya şikayəti verdi

Bakıda 4 şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 9-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hüseynov Azər Həsən oğlu Qarabağ "İnşaat" MMC, "Supersement" QSC, "Lidersement" QSC və "Caspian Energy Group" MMC və digər xırda şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. O, ümumilikdə 300 min manatlıq dələduzluqda ittiham edilib. Eyni zamanda A.Hüseynov şirkətlərlə yanaşı Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 7 Yanvar 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin