BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəraət alan qardaşlardan xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 9-na təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qardaşlar barəsində bəraət hökmü çıxarıb. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən həm kassasiya protesti, həm də kassasiya şikayəti verilib. Ali Məhkəmənin qərarına əsasən, həm protest, həm də şikayət təmin olunmayıb. İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.


 
Kamal Məmmədov

Tarix: 7 Yanvar 2024, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin