BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Dörd uşaqlı ailələrə mənzil verilməsi təklifini müsbət qarşılayıram, zamana ehtiyac var..."

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov Ağ Partiyanın sədri Tural Abbaslının 4 uşaqlı ailələrə mənzil verilməsi təklifinə münasibət bildirib. 

 

Komitə üzvü Pravda.az-a açıqlamasında Tural Abbaslının təklifini dəstəkləyib. 

 

Deputat deyib ki, hazırda 5 uşaqlı və uşaq sayı 5-dən yuxarı olan ailələr çoxuşaqlı ailələr sayılır: “Bununla əlaqədar Milli Məclisin komitə iclaslarında və digər müzakirələrdə 4 uşaq və uşaq sayı 4-dən yuxarı olan ailələrin çoxuşaqlı ailələr sayılması dəfələrlə təklif olunub. Yəni 4 uşaqlı ailələrə çoxuşaqlı ailələrin imtiyazı verilsə, daha yaxşıdır. Bu məsələ həmişə diqqətdədir. İndiki zamanda, həqiqətən də, 4 uşaq az uşaq deyil. Hazırda araşdırsaq, 1-2 uşaqlı ailələr çoxluq təşkil edir. Ümumilikdə, 4 uşaqlı ailələrə mənzil verilməsi təklifini müsbət qarşılayıram. Niyə də olmasın? Mənzil 4 uşaqlı ailəyə verilsə, 5 uşaqlı qalsa, bu da düzgün deyil. Amma zaman lazımdır ki, ölkədə bu istiqamətdə görüləcək işlərə imkan yaransın. Daha vacib məsələlərimizin bu gün həlli gündəmdən kənarda qalmamalıdır. İndiki zamanda 4 uşağı böyüdüb boya-başa çatdırmaq, doğrudan da, olduqca çətindir. Bu cür ailələr müxtəlif formalarda müavinətlər alırlar, amma niyə mənzillə də təmin olunmalarını istəməyək? Allahın izni ilə, vaxt gələcək, bu məsələlər də həllini tapacaq. Sadəcə, bir az zamana ehtiyacımız var”. 

 

Aytəkin Qardaşova 

Tarix: 7 Yanvar 2024, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin