BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX Akademiyasının kursantının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

Qəbələ Rayon Məhkəməsində piyadanı vurub öldürərək qaçmaqda təqsirləndirilən Ramiz Qəribovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ramiz Qəribovun barəsində seçilmiş verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

 

Qeyd: 2023-cü il fevralın 13-də saat 19:20 radələrində Qəbələ rayonu, Uludaş kəndində yaşayan 1982-ci il təvəllüdlü Qəribov Ramiz Eyyub oğlu idarə etdiyi “QAZ-3102” markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində asfalt örtüklü yerli əhəmiyyətli yolla Tikanlı kəndi istiqamətində hərəkətdə olarkən piyada 2003-cü il təvəllüdlü Mahmudov Laçın Tərlan oğlunu vuraraq qaçıb.

 

Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Qeyd: Qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.

 

Kamal Məmmədov

Tarix: 8 Yanvar 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin