BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi arvadını hicab geyinmədiyi üçün xüsusi amansızlıqla öldürübmüş - İTTİHAM

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, ittiham aktına əsasən, o, 18 mart 2023-cü il tarixdə, saat 15 radələrində Astara rayonu, Şiyəkəran kəndində yaşadıqları mənzildə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı Əfsanə Ramazanova ilə ailə başçısı kimi onun hicab taxması və şalvar geyinməməsi barədə tələblərinə məhəl qoymamasından hiddətlənib.


Fərmayil Əliyev evin kişisi kimi bunu özünə sığışdırmayaraq, 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanı və qayınanası, zərərçəkmiş, 1970-ci il təvəllüdlü Sevda Ramazanovanı öldürmək qərarına gəlib. O, bu məqsədlə Əfsanə Ramazanova evin mətbəxində təklikdə olduğu zaman bıçaqla mətbəxə daxil olub, qapını içəridən bağlayıb. Daha sonra təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq onu xüsusi amansızlıqla öldürüb. O, bundan sonra pəncərədən mətbəxə daxil olmaq istəyən qayınanasına da bıçaqla bir zərbə endirərək qadına xəsarət yetirib. Zərərçəkmiş şəxs qışqırıb qonşuları köməyə çağırmasından sonra Fərmayil cinayəti başa çatdıra bilməyəcəyini dərk edib, qonşular tərəfindən yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən qaçıb.


Məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 




Tarix: 8 Yanvar 2024, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin