BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alveri ilə məşğul olan qadının yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsinin insan alverində təqsirləndirilən Gülsevər Qurbanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilə G.Qurbanova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Qurbanova Gülsevər Aslan qızının qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb.


İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. 

 

Kamal Məmmədov 

Tarix: 8 Yanvar 2024, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin