BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Eldarovun rəhbərlik etdiyi qurumu cərimə gözləyir

"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatındadır. Baxış iclası yanvarın 19-da keçiriləcək.

 

Qeyd: Müəssisə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir, rəhbəri Eldar Eldarovdur.

 

Xəyal Quliyev

Tarix: 9 Yanvar 2024, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin