BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbə bacısını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

 

Xatırlatma: İlahə Kərimova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi imiş. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alırmış.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin