BURADA REKLAMINIZ OLA
BİLƏR

Davaya qarışan qonşusunu maşınla vuran şəxslə bağlı qərar verildi

Gəncə Apellyasiya Məhkəməsində avtomobillə qonşusunu vurub öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Orxan Nağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Nağıyevə 5 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib. 

 

Qeyd: Hadisə 2022-ci ilin 14 iyul tarixində Gəncə şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, həmin vaxt Orxanla Röyal adlı qonşusu ailələr arasındakı münasibətlərin pozulması səbəbindən dalaşıb. Bu zaman Röyal və onunla birgə gələn şəxslər Orxana hücum edib. Orxan özünə məxsus “Vaz” markalı avtomobilə minərək maşını hərəkətə gətirib. Bu zaman o, avtomobillə davanı sakitləşdirməyə çalışan qonşuları 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub. A.Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. O.Nağıyev Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol qəzası törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin