BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin 100 mindən çox pulunu mənimsəyən şəxs kassasiya şikayəti verdi

Mənimsəmədə təqsirləndirilən Emin Şahkərimovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Şahkərimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.


 
Qeyd: Emin Şahkərimov "A+CO" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin 100335 manat pulunu mənimsəyib. Daha sonra Emin Şahkərimov MMC rəhbərliyinin şikayəti əsasında saxlanılıb.

Tarix: 9 Yanvar 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin