BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları əxlaqsızlığa cəlb etmədə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən V.V.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, V.V. 2021-ci ilin sentyabr ayının ortalarından 2022-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində paytaxt ərazisində yerləşən mənzillərin birində 2 qadınla “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb. O, həmin şəxsləri müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. Daha sonra V.V polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2024, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin