BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən sürücüyə hökm oxundu

Ağstafa Rayon Məhkəməsində piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Yusif Məmmədzadənin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 18 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Sadıxlı-Ağstafa avtomobil yolunun Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisindən keçən 23-cü kilometrliyində qeydə alınıb. Belə ki, Yusif Məmmədzadənin sürücülük vəsiqəsi ilə idarə etdiyi “VAZ-21074” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yolu soldan sağa keçmək istəyən piyada Elçin Xəlilovu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Daha sonra Yusif Məmmədzadə cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 9 Yanvar 2024, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin