BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəlzələdən sonra “Melissa Park”ın binasında çatlar yaranıb? - FOTO

Ötən il Bakı şəhərində iyul və dekabr aylarında baş vermiş zəlzələlərin “Melissa Park” yaşayış kompeleksinin binasında çatlar yaratdığı iddia edilir. “Ölkə.Az”ın məlumatına görə, bununla bağlı komplesin “E” blokunun sakini fotolar paylaşıb.

 

Bina sakini deyir ki, zəlzələlərdən sonra mənzilinin tavanında çatlar yaranıb: “Yayda olan ilk zəlzələdə mətbəx tavanında çat yarandı. Dekabrdakı 2-ci zəlzələdən sonra bütün otaqların tavanında çat oldu. Qeyd edim ki, bina 3-4 ilin binasıdır”.

 

Həmin şəxs mənzillərin keyfiyyətsiz tikilməsindən də şikayətlənib: “Mənzillər çox keyfiyyətsiz tikilib, qonşu telefonla səsli danışdıqda telefondakı səsini eşidə bilərsiniz”.

Fotoları təqdim edirik
Tarix: 9 Yanvar 2024, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin