BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda bir gündə ikinci hərbçi öldürüldü

Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonundakı postlarından birində hərbçinin meyiti tapılıb Meyiti tapılan şəxsin həmin hərbi hissədə xidmət edən leytenant Mikael Danielyan olduğu müəyyən edilib. Yol əlverişsiz olduğu üçün saat 11.30 radələrində tapılan meyiti yalnız axşam saatlarında xəstəxanaya çatdırmaq mümkün olub.

 

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

 

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında eyni rayonda postda xidmət aparan əsgər ona təhkim olunmuş silahdan atəş açaraq zabiti öldürüb.

 

APA

Tarix: 9 Yanvar 2024, 21:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin