BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və Abşeron yarımadasında qar yağır - YENİLƏNDİ

Yanvarın 10-u saat 15:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

 

Naxçıvan, Şərur, Daşkəsən, Şəki, Qax, Quba, Qrız, Lerikdə duman müşahidə olunur.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-7 dərəcə isti, aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.

 

***

 

11:29

 

Bakıya sulu qar yağır.

 

Pravda.az xəbər verir ki, sulu qar küləklə müşahidə olunur.

 

 Qeyd: Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qar yağacağı, temperaturun aşağı enəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Tarix: 10 Yanvar 2024, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin