BURADA REKLAMINIZ OLA
BİLƏR

Stomatoloqu öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında

Şirvan Apellyasiya Məhkəməsinin stomatoloqu bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Nihad Malıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Qeyd: Hadisə 2023-cü il iyunun 9-da Lənkəran rayonu ərazisində qeydə alınıb. Belə ki, Nihat Malıyevin atası Cəlal Azadovun qardaşının çayxanasında xidmətçi işləyib, nöqsanlara görə işdən çıxarılıb. Mühabisə də bu məsələyə görə olub. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlal Azadova 10-dan çox zərbə vurub.

Hadisə zamanı Cəlal Azadov idarəetməni itirərək qəza törədib.

 

Cəlal Azadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2024, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin