BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sabiq məmuru şantaj edən qaynı ilə bağlı yenidən qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Rafael Rəhmanovu şantaj etməkdə ittiham olunan Elman Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Quliyev 10 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Elman Quliyev zərərçəkmiş Rafael Rəhmanovun keçmiş qayını olub. İttihamda deyilir ki, Elman Quliyev zərərçəkmiş şəxsə hədə-qorxu gələrək 100 000 manat tələb edib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə müavini olub.

 

Kamal Məmmədov

Tarix: 11 Yanvar 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin