BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni xarici işlər naziri təyin edildi

Stefan Sejurne Fransanın yeni Avropa və xarici işlər naziri təyin olunub.


Bu təyinatı Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin elanı zamanı bildirib.


Sejurne 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.


Qeyd edək ki, Fransanın baş naziri Qabriel Attal bu gün yeni hökuməti formalaşıb. Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.


Parisin 7-ci rayonunun meri Raşida Dati yeni mədəniyyət naziri təyin edilib./Report

Tarix: 11 Yanvar 2024, 23:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin