BURADA REKLAMINIZ OLA
BİLƏR

Dostunun ölümünə səbəb olan sərxoş sürücü kassasiya şikayəti verdi

Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Samir Pənahovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Samir Pənahov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və o, məhkəmə iclası zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

İttihama görə, 02 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində Şəmkir şəhərinin şəhərin 1-ci küçəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Samir Pənahov sərxoş vəziyyətdə “Hyundai Solaris” markalı avtomobili hüququ olmadan idarə etdiyi zaman idarəetməni itirib. Nəticədə maşın elektrik dirəyinə çırpılıb. Hadisə zamanı 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov, 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Daha sonra Məhərrəm Məmmədov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda dünyasını dəyişib.

 

Kamal Məmmədov 

Tarix: 12 Yanvar 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin