Xəbər verdiyimiz kimi, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə Afrikadan gətirilmiş xüsusi siçovullar Qarabağa aparılıb. Siçovulların mina axtarışı zaman çəkilən görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılansa da, müzakirəsiz ötüşməyib. Bəziləri bunu uğurlu üsul kimi dəyərləndirsələr də, heyvanların həyatını təhlükəyə atan köhnə metod adlandıranlar da az olmayıb.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, torpaqlar işğaldan azad olunandan sonra minaların axtarışı zamanı siçovullardan istifadə geniş tətbiq edilməyə başlayıb:

“Hətta siçovullar mina axtarışını kifayət qədər uğurlu nəticələrlə yerinə yetirə biliblər. Mina axtarışı zamanı minaların müxtəlif təyinatlı olmasını mütləq nəzərə almaq lazımdır. Bu cür minalar müxtəlif növ çəkilərə reaksiya verərək partlama xüsusiyyətinə malikdirlər. Siçovullardan mina axtarışında istifadə olunmasının müsbət cəhətləri çoxdur. Məsələn, siçovulların çəkisi 1,5-2 kiloqrama qədər olur. Bu da istifadə olunan minaların partlamamasına gətirib çıxarır. Yəni minaaxtaran siçovullar minanı müəyyən edərək həmin yeri qazmağa başlayırlar, artıq qazma mərhələsi başlamadan siçovullara nəzarət edən şəxs prosesi nəzarətdə saxlayır. Bu işdə mütəxəssislərin iştirakı olur. Proses zamanı siçovulları ərazidən kənarlaşdırıb minanı zərərsizləşdirirlər. Nəticədə, siçovul heç bir zərər görmür. Beynəlxalq və yerli statistika ilə tanış olsaq, görərik ki, mina axtarışı və ya tapılması zamanı zərər görən siçovul olmayıb. Bunlar Qambiya siçovulları adlanırlar. Onların görmə qabiliyyətləri zəif olsa da, xüsusi iybilmə qabiliyyətinə malikdirlər. Bu iybilmə qabiliyyəti ilə birbaşa minanın metal hissəsini deyil, minanın içində olan partlayıcı, kimyəvi maddəni duyurlar və siqnal ötürürlər”.
Ekspertin sözlərinə görə, minaaxtaran siçovulların yarım saata apardığı proses insan fəaliyyəti nəticəsində günlərlə davam edə bilər: “Yəni siçovullar həssas qoxubilmə qabiliyyətinə sahib olduqları üçün minanı daha tez aşkarlaya bilirlər. Dünya ölkələri sırasında Tailand, Mozambik, Vyetnam, Laos və digər ölkələrdə minaaxtaran siçovulların tətbiqi geniş yayılıb. Onların hüquqları həm bizim ölkəmizdə, həm də digər ölkələrdə beynəlxalq və yerli normalar, qaydalar üzrə qorunur. Onlar xüsusi şəraitdə saxlanılır, xüsusi qidalarla təmin olunurlar. Mina axtarmazdan öncə onlara, təxminən, 1 il müddətində təlimlər keçirilir. Təlimlərdən sonra mina axtarmaq üzrə bacarıqları yoxlanılır. Həqiqətən də, bu sahədə bacarıqlıdırlarsa, artıq minalanmış əraziyə buraxılırlar. Dünya miqyasında Beynəlxalq Heyvan Hüquqları Cəmiyyəti (ISAR) tərəfindən bu məsələyə nəzarət var. Yəqin, bunun nəticəsidir ki, statistikaya görə, minaxtaran heyvanlar arasında ölüm faktı qeydə alınmayıb. Lakin minaaxtaran siçovulların iş bacarığına 100% arxayın olmaq olmaz. Bu, çox ciddi təhlükələrə gətirib çıxara bilər. Çünki bəzən müxtəliftəyinatlı minaları müəyyənləşdirə bilmirlər. İnsan arxayın olsa, hansısa bədbəxt hadisə baş verə bilər. Bu iş mütləq mütəxəssislərin nəzarəti altında aparılmalı, heyvan hüquqları qaydalarına riayət olunmalıdır”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin