BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyindən yay tətili ilə bağlı AÇIQLAMA

"Təhsil Nazirliyi yay tətili ilə bağlı bir çox tədbirlərin təşkili üzərində çalışır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

Onun sözlərinə görə, hazırda bununla bağlı həm televiziya formatı, həm də onlayn resursların təqdim olunmasına dair müzakirələr gedir: "Müzakirələr şagirdlərin faydalana biləcəyi öyrədici və əyləncəli ruhda resursların təqdimatı ilə bağlıdır. Dünən də Nazirliyin rəhbərliyi səviyyəsində müzakirələr aparıldı. Yəqin ki, yaxın müddət ərzində əsas təşəbbüslərimiz bəlli olacaq".APA

Tarix: 14 May 2020, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin