BURADA REKLAMINIZ OLA
BİLƏR

Adam öldürməkdə təqsirləndirilən şəxsdən xəbər var

Samux rayonunda ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Elmar Əsgərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 20-nə təyin edilib. Şikayət hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Əsgərov Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib.

 

Qeyd: Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. İttihama görə, Samux rayon sakini, 1998-ci il təvəllüdlü Elmar Əsgərov 2021-ci ilin avqustun 27-də Gəncə şəhərində 1983-cü il təvəllüdlü Sahib Abdullayevlə əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb. S.Abdullayev avqustun 29-da xəstəxanada ölüb.

 

Kamal Məmmədov

Tarix: 15 Yanvar 2024, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin