BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Surxay Vasif Məhərrəmlinin evinə getdi - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli evində iftar süfrəsi verib.

 

Pravda.az-ın xəbərinə görə, sənətçi ilahiyyatçı Hacı Surxay Məmmədlini evinə dəvət edərək, iftar süfrəsi açıb.

 

Bu barədə Hacı Surxay “Instagram” hesabında canlı efir açaraq, məlumat verib.

 

“Hörmət etdiyim dəyərli dostum və qardaşım Vasif Məhərrəmlinin evinə ailəlikcə gəlmişik. Vasif iftar süfrəsi açıb. Hər il onun evində iftar süfrəsini Allah bizə lütf edir. Bu dəfə də əhya gecəsinə təsadüf etdi”, - deyə S.Məmmədli bildirib.

 

Hacı Surxayın çıxışını Əməkdar artist sosial media hesabında paylaşaraq, “Allah hər zaman səni uca etsin, əziz dostum” sözlərini qeyd edib.Oxu.az

 

Tarix: 14 May 2020, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin