BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobus qəzasında 9 nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyənin cənub-şərqində avtobusun maneəyə çırpılması nəticəsində 9 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

 

Bu barədə TRT Haber məlumat yayıb.

 

“Antalyadan Mersinə gedən sərnişin avtobusu Aydıncık rayonunda Sarıyer tunelinin çıxışında naməlum səbəbdən maneələrə çırpılıb və aşıb. İlkin məlumata görə, qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb”, - məlumatda deyilir.

 

Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

 

APA

Tarix: 16 Yanvar 2024, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin